Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib.
Yeni sərəncama görə, administrasiyaya gənclər siyasəti və idman məsələləri şöbəsinə Yusif Məmmədəliyev müdir təyin olunub.
Azxəbər.com-un məlumatına görə, yeni şöbə müdiri respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusif Heydər oğlu Məmmədəliyevin nəvəsidir.
O, babasının adını daşıyır.