Ermənistanda hərbçinin meyiti tapılıb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı Melik Xaçatryanın asılı vəziyyətdə meyiti Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində aşkarlanıb.
Hadisə yerində məktub da tapılıb.
Məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Qeyd olunur ki, M. Xaçatryan müqavilə əsasında xidmət edirmiş.