Dünyanın ən kök modeli alt paltarında şəkil çəkdirdi

Dünyanın ən kök manekeni Tess Hollidey alt paltarında şəkil çəkdirib və bunu özünün İnstaqram səhifəsində paylaşıb. Fotoda o, Kaliforniya ştatında yerləşən Malibunun möhtəşəm mənzərəsindən zövq alır. Bu şəkil sosial şəbəkədə 67 min bəyəni yığdı. Hollideyin səhifəsini 1.4 milyon nəfər izləyici təqib edir.

Aprel ayında isə Hollidey İnstaqram səhifəsində bir taksi sürücüsü ilə dialoqunu yaymışdı. Rolikdə Uber sisteminə bağlı olan taksi sürücüsü manekenə deyir ki, artıq çəki onun sağlamlıq problemlərinin olduğunu sübut edir. Tess Hollidey moda industriyasındakı ən kök maneken sayılır. 2015-ci ildə o, nüfuzlu model agentliyi olan Milk Model Managementlə müqavilə bağlayıb. Onun geyim ölçüsü 60-dır.

Musavat.com