Rakkanın azad edilməsi üçün DSQ-nın İŞİD-lə anlaşması barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat etibarlı qaynaqlardan əldə edilib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasnda deyib.
XİN rəhbəri bildirib ki, sözügedən məlumatların yayılmasından sonra Palmiraya doğru hərəkət edən terrorçular rus qırıcıları tərəfindən hədəf alınıb: “İŞİD terrorçularını gördüyümüz yerdə vuracağıq. İstər düşərgələri, istərsə də hərbi bazaları hədəfimizdədir”.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinə (SDQ) terror təşkilatı sayılan PKK-nın qolu YPG başçılıq edir.