Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir.