Загрузка...

Bakıda dəhşətli qəza:

Bakının mərkəzində zəncirvari qəza baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, “Lexus” markalı avtomobil idarəetməni itirərək başqa bir avtomobilə çırpılıb. Qəza zamanı zərbənin təsirindən 2 başqa avtomobil də qəzaya düşüb.

İlkin məlumata görə, “Lexus” sürücüsünün çırpıldığı avtomobilin xanım sürücüsü ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisə zamanı bir neçə ölən və yaralananın olduğu deyilir.