“M Group Production”ın təşkilatçılığı ilə ATV-də yayımlanan “Maşın Şou”nu ilk tərk edən iştirakçı məlum olub.
Musavat.com xəbər verir ki, 18 məşhur simanın iştirak etdiyi şouda sms səs verməsinə Elton Hüseynəliyev çıxıb. O, səs toplayarsa, aktyor Elcan Rəsulovu oyundan çıxaradacağını deyib. Sənətçi 36,42 faiz səs yığaraq verilişdən gedib.
Qeyd edək ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu yarışda rəqqasə Oksana Rəsulova, rejissor Aqil M. Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov Sərxan Kərəmoğlu, prodüser Tarix Əliyev, müğənnilər Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, Üzeyir Mehdizadə, Təranə Qumral, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov iştirak edir.
“Qarşıdurma” adlanan 14-cü mövsüm hər axşam saat 22:00-da yayımlanacaq. Sonda qalibə 30 min dollarlıq avtomobil təqdim olunacaq.