Bakıda moda nümayişi-İtlər podyuma çıxdı (VİDEO)
Bakıda növbəti maraqlı moda nümayişi baş tutub.
BAKU.WS xəbər verir ki, bu dəfə ev heyvanları üçün geyimlər nümayiş etdirilib. Dizayner Nailə Əliyevanın ev heyvanları üçün təqdim etdiyi geyimlər “Azerbaijan fashion week” çərçivəsində baş tutub.
Moda nümayişində şou-biznes ulduzları- Nadir qafarzadə, Elza Seyidcahan, Almaz Ələsgərli, Nura Suli və başqaları iştirak edib. Onlar öz sevimli heyvanları ilə təqdimata qatılıb və onlarla birlikdə podyuma çıxıblar.