Mayın 27-də Mingəçevir şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb.
Daxili İşlər Nazirliyinin ( DİN ) saytının məlumatına görə, hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
Mingəçevir ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.