Müğənni Şakira 11-ci albomunun təqdimat mərasiminə qatılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “El Dorado” adlı albomun tədbiri Mayamidə baş tutub.
“El Dorado” ispan dilindən tərcümədə “qızıl” deməkdir. Elə bu səbəbdən ifaçı mərasimə qızılı qısa libasda qatılıb.
Şakira libasını qızıl üzüklər, qızılı klaç və hündürdaban ayaqqabılarla tamamlayıb. Şık görünən sənətçinin makiyajı çox sadə olub.