2004-cü ildə işıq üzü görən “Yıkılıyor” mahnısı ilə məşhurlaşan Ayça Tekindorun son görüntüsü hər kəsi təəccübləndirib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk dəfə Okan Bayülgenin “Zaga” proqramında efirə çıxan və tanınan müğənni Türkiyənin cazibədar xanımlarından hesab edilirdi. İndi isə sosial şəbəkədə son görüntüləri yayılan ifaçı kilolu və baxımsız halı ilə hər kəsi təəccübləndirib.
Sevənləri Ayçanı belə gördükləri üçün məyus olduğunu bildiriblər.