Bakıda 6 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 6 yaşlı Əlişah Əzizov həyətdə oynayarkən yıxılıb. Bu zaman onun başına mismar batıb. O, təcili olaraq xəstəxanaya aprılıb və tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.