Bu gün əməkdar artist Abbas Bağırovun toyu olub.
Musavat.com xəbər verir ki, şəhər restoranlarının birində baş tutan məclisdə sənətçi bəy-gəlin kürsüsündə tək əyləşib. Gəlinsiz mərasimə şou-biznesin tanınmış simaları qatılıb. Gecənin aparıcılığını İlkin Həsəni edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə qız toyu olan müğənni qohumu ilə ailə qurub. Bu, onun ikinci evliliyidir.