ABŞ prezidenti Donald Tramp İsrailə rəsmi səfəri zamanı bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb.
“Report” xəbər verir ki, lakin rəsmi mərasim xoşagəlməz hadisə ilə yadda qalıb: Amerika lideri protokol foto üçün baş nazirin əlini sıxmağı unudub.
Netanyahu əlini uzadaraq bir neçə saniyə gözləməli olub, lakin Tramp üz çevirərək kameralar qarşısından uzaqlaşıb. Daha sonra geri qayıdan ABŞ prezidenti baş nazirin əlini möhkəm sıxıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.