İngiltərənin şimalında olan Mançester şəhərindəki terror hadisəsi kamerala düşüb.
BAKU.WS-in məlumatına görə, “Mançester Arena”da Ariana Qrandın konserti zamanı partlayış baş verib. Hadisədə 19 insan həlak olub, 60-dan çox insan yaralanıb.
Partlayış ilə əlaqədar araşdırma başlayıb. Hadisənin insanların konsert salonunu tərk etməyə başladığı zaman reallaşdırıldığı məlum olub. Konserti izləməyə gələnlərin böyük bir hissəsi gənclərdən ibarət olub.