Загрузка...

Ərdoğandan erməni nazirə şillə kimi cavab — Azərbaycana görə - VİDEO

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq sammitinin toplantısında gərginlik yaşanıb.

Medianews.az “Ölkə.Az”a istinadən xəbər verir ki, tədbirdə iştirak edən ölkələrin təmsilçiləri bir-bir danışıblar. Bu zaman Ermənistanla Azərbaycan arasında gərginlik yaşanıb.

Belə ki, Ermənistan daxili işlər nazirinin müavini Aşot Hovakimyan Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun çıxışındakı “Üzv ölkələrdən biri hələ zəhərli ideologiyasından vaz keçmədi” sözlərinə uzun-uzadı danışıqla cavab verib. Ermənistan təmsilçisi çıxışının az qala hamısını Qarabağ məsələsinə həsr edib.

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittiham yeri deyil”, – deyə Aşot Hovakimyan Oqtay Əsədovun fikirlərinə cavab verib.

İclasa rəhbərlik edən prezident Rəcəb Tayyib Ərdoğan isə Ermənistan təmsilçisinə layiqli cavab verib. O, Aşot Hovakimyana nəzakət xətrinə təşəkkür etsə də, ona öz yerini göstərib.

“Cənab Hovakimyana təşəkkür edirəm. Onun “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittiham yeri deyil” fikirlərinə mən də qatılıram. Lakin burada heç bir təmsilçi ittihamlar səsləndirməyib. Siz isə çıxışınızın hamısını siyasi dəyərləndirməyə ayırdınız. Bu də mənim fikrimcə doğru deyil”, – deyə Ərdoğan Aşot Hovakimyanı susdurub.