ABŞ-ın “Super əsgər” planı tamamilə təxəyyülün məhsuludur.
Axar.az xəbər verir ki, bu sözləri rus hərbi ekspert İqor Korotçenko deyib.
“Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Pentaqonun insanların içini müxətlif dərman və bioloji maddələrlə dolduraraq, kiborqa (maşın-insan hibridi) çevirməsi sadəcə xəyali gözləntidir. Hərbçilərin həftələrlə yatmadan döyüşəcəyi ilə bağlı aparılan araşdırmalar insanın fizioloji imkanları ilə məhdudlaşır. Belə bir möcüzə yoxdur. Əlbəttə, insanı bir neçə gün oyaq saxlayan həblər var. Lakin belə dərmanların təsiri qısa müddətlidir. Eyni zamanda normal fiziologiyanın bərpa edilməsi üçün xeyli vaxt lazımdır”.
Qeyd edək ki, bir neçə gün öncə Pentaqonun qeyri-adi gücə malik hərbçilər yaratması üçün plan hazırladığı barədə mətbuatda fikirlər səsləndirilirdi.