Məşhur azərbaycanlı oliqarx, “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır.
Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı İbrahim Nehrəmli və başqa iş adamları kimi “Beynəlxalq Bank” işində cəncələ keçmişdi.
Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes “imperiyası” çökməkdədir.
Medianews.az BakiPost.az-a istinadən xəbərinə görə, oliqarxa məxsus brilliant mağazası fəaliyyətini dayandırıb.
“PNN Group”un tərəfdaşlarından olan məşhur “De Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən mağazası artıq bağlanıb.
Şirkətin 2013-cü ildən Bakıda satışını həyata keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir. Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi göstərilir.
Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.
Fotoda Nizami Piriyevin oğlu Nəsib Piriyev
http://s018.radikal.ru/i511/1705/bb/440e1e5aaeff.jpg
http://s41.radikal.ru/i094/1705/79/06222d70983f.jpg
http://s015.radikal.ru/i332/1705/78/d0abba32860e.jpg
http://s019.radikal.ru/i627/1705/b3/9855e38915e5.jpg
http://s002.radikal.ru/i198/1705/0f/8020233e6b7f.jpg