“Adı Efsane” serialında gözlənilməz ayrılıqlar baş verəcək.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor Erdal Beşikçioğlunun layihədən ayrılması bir neçə gün idi ki, açıqlanmışdı. O, 20-ci seriyadan sonra serialda görünməyəcək. Onun ardından digər baş qəhrəmanları canlandıran Gökçe Bahadır və Rojda Demirerin də serialdan ayrılacağı deyilib. Qeyd edək ki, mövsümə böyük iddialarla başlayan “Adı Efsane” reytinqlərdə üst pillələrdə deyil.