Son 25 ildə Türkiyədə baş verən kriminal hadisələrin əksəriyyətində adı hallanan Sedat Şahinin Saral ailəsinə qarşı hücuma heçdikdən sonra Bolqarıstana, ordan da Macarıstana qaçmağı planladığı önə sürülüb.
Qeyd edək ki, Sedat Şahin Sarallar ailəsinin onlarla üzvü haqda ölüm hökmü verməkdə şübhəli bilinir və o, dünən Beykozda bir bağ evində tutulub. Onun tutulduğu evdən bir cəbbəxanalıq silah-sursat da aşkarlnıb. Həmçinin müəyyən edilib ki, həmin bağ evi Sedat Şahinin mühafizəçisi Halis Kocamana aid imiş.
Əməliyyat əsnasında ev sahibinin həyat yoldaşı və uşağı da evdə imiş və məşhur kriminal avtoritet Sedat Şahinin həmin evə mühafizəçisi ilə sağollaşmaq üçün getdiyi ehtimal edilir.
Evdə aşkarlanan silah və saxta sənədlər isə hücum və sonrasında qaçmaq planının mövcudluğu şübhəsini artırır. Qeyd edilir ki, evdən tapılan 3 saxta sənəd Bolqarıstan və Macarıstan pasportları olub.
Xatırladaq ki, 2004-cü ildə Sedat Şahin Hüseyn Saralı İtaliyada öldürdükdən sonra Şahin-Saral klanları arasında savaş başlayıb. Son 13 ildə hər iki tərəfdən ümumilikdə 30-a yaxın adam öldürülüb.
Sedat Şahinin qardaşı Vedat Şahin avtomobili isə 2015-ci ildə İstanbulda küçənin ortasında atəşə tutulmuş, nəticədə Vedat Şahin hadisə yerində can vermişdi. Bu hadisə günlərlə gündəmdən düşməmişdi.
Musavat.com