«Snayper» sözü ilk dəfə İngiltərədə işlədilib.
İngiliscə «snipe» olan bu sözün mənası «cüllüt quşunu vurmaqda məharətli atıcı» deməkdir. Cüllüt quşu çox sürətlə uçduğu və gözlənilməz uçuş trayektoriyasına malik olduğu üçün həmişə ovçular üçün çox çətin bir ov sayılıb. İlk dəfə İngiltərədə mahir tüfəng atıcıları snayperlər adlandırılıb. Sonradan bu söz bütün dünyaya yayılıb.
Snayperlər günümüzdə də döyüş şəraitində olan əsgərlər arasında mövcuddur. Lakin bu snayperlər arasında elələri də var ki, açdığı atəşlərlə göstərdiyi qəhrəmanlıqlarla məşhur olub.
Medianews.az sizə tarixin ən məşhur kəskin nişan alan snayperləri haqqında bəhs edəcək.
Tarixin ilk snayperi – Tomas Plunket
İngilis ordusu üçün savaşan irlandiyalı bir əsgər olan Tomas, İngiltərə-Fransa müharibəsində 600 metr məsafədən Fransa generalını öldürərək tarixə düşüb. Bu kritik atışı yaxın məsafədən atıcılıq qabiliyyəti olan silahla etmişdi.
Lakin öldürülən generalın köməkçisi bu atışın bir təsadüf olduğu şayiəsini yaydı. Bunun ardından Tomas eyni məsadən generalı öldürdüyü kimi onun köməkçisini də cəbhədə öldürdü və bu, atışın təsadüf olmadığını sübut etdi.
Onu da qeyd edək ki, o dövrdə əsgərlər yalnız 50 metrlik məsafədən atış təlimi keçirdi.
“Bəyaz ölüm” – Sami Hayha
Dünya tarixinin ən dəqiq nişan ala bilən snayperlərindən olan Sami Finlandiya ordusunda qulluq edib. 1939-1940-cı illərdə SSRİ ilə Finlandiya arasında savaş baş vermişdi. Qələbəni SSRİ qazansa da, Sami tək başına yüzlərlə rus əsgərini öldürmüşdü və sağ qalmağı bacarmışdı.
Savaşdan sonra heyrətə gələn ruslar Samini təqdir edib ona “Bəyaz Ölüm” ləqəbini qoydular. Samini başqa bir özəlliyi isə snayperini durbinsiz istifadə etməsi idi. Bir snayperi durbinsiz təsəvvür etmək mümkün deyil, lakin o, bunu bacarırdı. Buna səbəb isə durbinin şüşəsindən günəş şüalarının əks olunmaması idi.
Sami düşmənə yerini bəlli etməmək üçün tam tədbir görürdü. Qarın içində belə, mükəmməl şəkildə komuflyaj ola bilir, nəfəsinin bəlli olmaması üçün atış sırasında ağzın qar doldururdu. “Bəyaz ölüm” ləqəbli snayper həyatı boyunca düşmən əlinə düşmədən tam 705 nəfəri öldürməyi bacarıb.
Lyudmila Pavlyuçenko
Lyudmila ikinci dünya müharibəsində könüllü şəkildə rus ordusuna qatılan əsgərlərdən idi. Müharibə zamanı göstərdiyi böyük müvəffəqiyyətlərə görə bir neçə medal ilə təltif olunub.
Həmin dövrdə ABŞ prezidenti tərəfindən AĞ Evə qəbul edilən ilk rus vətəndaşı olub. Krım və Odessada mübarizə aparan Lyudmila tam 300 nasist əsgəri öldürüb. Əzmli olduğu qədər gözəl olması ilə də bilinən qadın snayper haqqında ruslar tərəfindən film də çəkilib.
Vasili Zaytsev
Vasili də İkinci Dünya Müharibəsi ərəfəsində özünü göstərən snayperlərdəndir. O uşaq vaxtlarında babası tərəfindən Ural dağlarında təlim görmüş savaşa hazırlıqlı bir gənc idi. Vasili də rus ordusunun bacarıqlı əsgərlərindən idi. Vasili haqqında Hollivud tərəfindən film də ərsəyə gətirilib. O tarixə keçmiş kəskin nişan snayperlər arasındadı.
“Bəyaz tüklü” – Karlos Xatkok
ABŞ Dəniz Qüvvələrində xidmət edən Karlos Vyetnam savaşında tarixi uğurlara imza atmış bir snayper olub. Müharibə zamanı iki həftə ərzində 100-dən çox düşmən əsgərini öldürən Karlosun başına yüksək məbləğdə bul qoyulmuşdu. Karlos bir neçə amerika filmlərində də “psix snayper” kimi də təsvir olunub. Gənc yaşlarından ABŞ ordusuna qatılan Karlos olduqca mükəmməl bir şəkildə komuflyaj olmağı bacaran bir snayper olduğu üçün ona “Bəyaz tüklü” ləqəbini veriblər.
Bağdad snayperi – Cuba
Cuba Amerika ilə İraq arasında olan gərginlikdə 600-ə yaxın ABŞ ordusunun əsgərini öldürüb. Öldürdüyü əsgərləri də “YouTube” video kanalına yerləşdirən İraqlı snayper əfsanə olub. İraqlılar tərəfindən də xüsusi rəğbətlə qarşılanan Cuba da kəskin nişan alanlar sırasındadır.
Qorxunc Əbdül
Birinci Dünya Müharibəsində Çanaqqalada “Qorxunc Əbdül” ləqəbi adı verilmiş bu snayper müharibə sırasında hər zaman ön planda olub. O, müharibə sırasında öldürdüyü düşmən əsgərləri ilə cəbhə yoldaşlarına mənəvi dəstək verirdi.
“Qorxunc Əbdül” düşmən tərəfin snayperini yaralamışdı. Yaraladığı snayper də sağaldıqdan sonra cəbhəyə yenidən dönmüşdü. Lakin bu səfər “Qorxunc Əbdül” cəld davrana bilmədiyi üçün öldürüldü. Əbdülün 2013-cü ildə Türkiyədə “Çanakkale: Yolun sonu” adlı bir filmdə də obazı canlandırılıb.
“Ramada şeytanı” – Kris Kayl
ABŞ-İraq müharibəsi sırasında (2003-2011) ABŞ ordusuna qatılanj Kris 250-yə yaxın düşmən əsgərini öldürüb. Müharibə sırasında İraq komandosu onun başına 20 min dollar pul qoymuşdu. Öldürdüyü əsgərlər arasında ən çox danışılan hadisə 1.6 km uzaqlıqdan açdığı atəş idi. Həyatı filmə çəkilən bu snayper savaş bitdikdən sonra ölkəsinə döndü. Lakin 2013-cü ildə Teksasda bir hərbi poliqonda psixoloji vəziyyəti yaxşı olmayan əsgər tərəfindən güllələnərək, öldürüldü.
Fransis Peqamaqabou
Birinci Dünya Müharibəsi zamanı Kanda ordusu adına savaşan gürcü əsilli Fransis Peqamaqabou müharibənin ən qəribə əfsanələrindən idi. Könüllü olaraq orduya qatılan bu snayperin psixoloji problemlərinin, hətta konkret olaraq, ruhi xəstə olduğu da deyilirdi. 370 düşmən əsgərini öldürüb, 300-nü isə əsir götürən Fransis müharibə sonrası izini itirib.
Onu bir daha heç kim tapa bilməyib. Bir iddia isə onun rushi xəstə yox elə tam ağıllı br adam olmasıdır. Çünki o, tarixin ən çox öldürülmək istənilən adamları sırasında öndə olub. Elə bu səbəbdən də izini itirdiyi düşünülür.
Son olaraq siyahımıza Azərbaycanlı snayperi də daxil edək.
Baloğlan Abbasov və onun snayper qrupu
İkinci Dünya Müharibəsi zamanı Stalinqradın müdafiəsində azərbaycanlı Baloğlan Abbasov və onun snayperlər dəstəsi düşmənə ağır zərbələr vurub. Buna görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Onun snayperçilər qrupu 40 gün ərzində 615 alman əsgərini öldürüb. Abbasov özü isə tək başına 106 alman əsgərini məhv edib. 1942-ci ildə elə cəbhədə ağır yaralanaraq həlak olub.
S.Ələsgər