Bakıda 25 yaşlı qadın döyülüb və zorlanıb

Bakıda 25 yaşlı qadın cinsi təcavüzə məruz qalması barədə polisə şikayət edib.

Medianews.az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Polisə şikayət edən şəxs Binə qəsəbəsindəki Südçülük Sovxozunda yaşayır. O bildirib ki, həftənin dördüncü günü (mayın 18-də) eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb.

Zərərçəkmişin sözlərinə görə, qırx yaşlı kişi əvvəlcə onu döyüb, sonra isə təcavüz edib.

Faktla bağlı hələlik heç kəs saxlanılmayıb. Polis cinayətdə şübhəli bilinən şəxs ətrafında araşdırma aparır.

Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq Bakıda daha iki zorlama faktı qeydə alınıb və onlardan birinin üstü açılıb.

loading...