Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayıb.
Seyyah.az xəbər verir ki, nəticələrə görə, bütün dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında 50 min qalib olub və onlar artıq 2018-ci ildən etibarən Amerikada yaşamağa başlayacaqlar.
ABŞ-a köçüb yaşamaq və işləmək istəyənlər arasında Azərbaycan vətəndaşları da az deyil.
Son məlumatlara görə, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. Xoşbəxt biletin sahibləri arasından 91-i qadın, 133-ü kişidir.
“Greencard” udanların böyük hissəsi 1980-1989-cu illərdə anadan olanlardır. Belələrinin sayı 106-dır. Sonrakı yeri 1990-cı illərdə anadan olanlar tutur – “Greencard” udanlar arasında onların sayı 90 nəfərdir. 18 nəfər 1970-ci illərdə anadan olanlar, 8 nəfər 1960-cı illərdə, 2 nəfər isə 1950-ci illərdə doğulanlardır.
ABŞ-da yaşamaq icazəsini udanlar arasında ən gənc 3 nəfər – 1998-ci ildə anadan olanlardır. Ən yaşlı “Greencard” sahibi isə 1953-cü ildə anadan olmuş ölkə vətəndaşıdır. Azərbaycandan “Greencard” udanların tam siyahısını təqdim edirik:
BAKU.WS