Dağdan aşan

Dünən axşam saatlarında Xızı rayonunda baş vermiş yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Medianews.az lent.az-a istinadən xəbər verir ki, Giləzi yolunda dağdan aşan “Toyota Prado” markalı, 10 CP 969 dövlət qeydiyyat nişanlı avtomobil 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Ziyarət oğluna məxsus olsa da, sükan arxasında onun dostu, 1984-cü il təvəllüdlü Süleyman Mənsimov olub.

Belə ki, hər iki şəxs digər dostları, 1988-ci ildə Sumqayıtda anadan olmuş Muxtarova Zəhra Vəli qızı ilə birgə Xızının Altıağac istirahət mərkəzinə yola düşüblər. Burada V.Məmmədov spirtli içki qəbul etdiyindən maşını dostunun idarə etməsini xahiş edib. Onlar Xızıdan Sumqayıta doğru hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yol kənarındakı otluq sahəyə daxil olub və burada sürüşərək aşıb. Nəticədə S.Mənsimov vəfat edib. Zəhra Muxtarova və avtomobilin sahibi Vüsal Məmmədov xəstəxanaya yerləşdirilib.

Qəzada yaralanan Zəhranın bəzi fotolarını təqdim edirik: