ABŞ-ın Fox News telekanalının Kimberli Gilfoyl deyib ki, Ağ Evdə mətbuat katibi vəzifəsini tutmaq üçün prezident administrasiyası ilə danışıqlar aparır.
Avropa.info xəbər verir ki, bu barədə The Mercury News məlumat yayıb.
“Mən patriotam və bu mənim üçün şərəfdir” – Gilfoyl belə deyib.
Teleaparıcı deyib ki, onun Ağ Evin mətbuat katibi vəzifəsinə namizədliyini prezident administrasiyasında xeyli adam dəstəkləyir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Ağ Evin mətbuat katibi Şon Speyseri qovmağı və şöbəni yenidən qurmağı təklif etmişdi.