Aparıcı canlı yayımda qadının sinəsinə toxundu, qalmaqal - video

BBC müxbiri Ben Braun və kanalın siyasət redaktoru Norman Smit küçədə canlı yayımda danışarkən bir qadın onlara yaxınlaşıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Braun qadının sinəsinə toxunaraq onu geri itələyib. Bu reaksiya qarşısında özünü itirən qadın Smitin çiyninə vuraraq oradan ayrılıb.

Braun Tvitterdə açıqlama verərək özünü müdafiə etmək istəsə də, mövzu sosial mediada böyük səs-küy doğurub. Onunn hərəkəti qadına təcavüz kimi qiymətləndirilib.

Загрузка...