Avstraliyada bir kişi “McDonalds”a vertolyotda gəlib. Bu barədə lenta.ru saytı 9news.com.au-ya istinadən xəbər verib.
Pilot vertolyotu Sidneydə yerləşən kafelər şəbəkəsinin qabağındakı yaşıllığa endirib. Daha sonra vertolyotdan pilot enib, öz sifarişlərini götürüb və vertolyotun kabinəsinə aparıb. Uçuşa başlamadan öncə isə restoranın fonunda vertolyotun şəklini çəkib. Yerli radiostansiya vertolyotu idarə edən şəxsi axtarıb və ondan müsahibə götürüb. Pilot bildirib ki, onun “McDonalds”ın ərazisində enmək üçün rəsmi icazəsi olub.
“Biz restoranımıza gələn hər müştərini salamlayırıq. Təbii ki, əgər onlar bura gələndə və burdan gedəndə təhlükəsizliyə riayət edirlərsə”. Bunu isə McDonald’s kampaniyasının Avstraliyadakı şöbəsini rəhbəri Skay Oksenhem deyib. Amma buna baxmayaraq, Avstraliyanın Vətəndaş Aviasiyasının təhlükəsizliyi idarəsi vertolyotun eniş və qalxışı zamanı təhlükəsizlik qaydalarına nə dərəcədə riayət olunmasını araşdıracaq.
Musavat.com