ABŞ prezidenti Donald Tramp danışıqlar zamanı Rusiya ilə informasiya bölüşməyə tam haqqının olduğunu bildirib.
Avropa.info xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabında yazıb.
Qeyd edək ki, “Washington Post” qəzeti adının açıqlanmasını istəməyən sabiq məmurlarına istinadən xəbər yaymışdı ki, Tramp Lavrovla apardığı danışıqlarda İŞİD ilə bağlı “olduqca məxfi” informasiyanı ruslarla paylaşıb.