Tanınmış türkiyəli aktrisa Vildan Atasevər internetdəki çılpaq fotolarını sildirməyə nail olub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hələ karyerasının ilk illərində – 2000-ci ildə 19 yaşında olarkən lüt şəkil çəkdirən aktrisa sonradan bu əməlinə görə peşman olmuşdu. İlk dəfə 2011-ci ildə həmin görüntüləri yox etmək istəyən Vildan Atasevər nəhayət məqsədinə çatıb. Bu günlərdə o, 25 min türk lirəsi (təxminən 12 min manat) qarşılığında seksi fotolarını virtual aləmdən sildirməyi bacarıb.