Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

İkinci dünya müharibəsində Yaponiya böyük hücumlara başlamışdı. Güney Asiyada uğurlu mübarizə aparsalar da Amerikaya hücum etmək istəyən zaman böyük zərbə almışdılar. Amerika Hirosima və Naqasakiyə atom bombasını atdıqdan sonra Yaponiya müharibədən tamamilə geri çəkilib. Hirosimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə həlak olanların sayı isə 60-80 min arası olub.

Yaponiya imperatoru Hirohito amerikalı general və ordu rəhbərinə məğlub olduğu haqqında sənədləri imzaladı. Lakin bu vəziyyətdən xəbərləri olmayan hələ də Amerikaya qarşı savaşan bəzi yapon əsgərləri var idi. Bunlardan biri də Hiroo Onoda idi.

Medianews.az sizə müharibənin bitməsindən xəbərsiz olan yapon əsgəri haqqında marqlı faktları təqdim edir.

Hiroo Lubanq adasında döyüşmək üçün göndərilmişdi. 1945-ci ildə amerikalı əsgərlər oraya da hücum edərək yapon əsgərlərin böyük bir hissəsini məhv etdi.

Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

Hiroonun komandiri döyüş sırasında ona və yanındakı digər 3 əsgər yoldaşına əmr verdi: “Meşəyə dağılın, gizlənin. Qəti şəkildə intihar etməyin. Bütün şərtlərdə savaşmağa davam edin. Bu döyüş 3 il də davam edə bilər, 5 il də. Lakin unutmayın ki , siz burada Yaponiya imperatoru və hökuməti adına vuruşursunuz. Sizin üçün geri dönəcəyik.”

Hiroo başda olmaqla 4 əsgər əmri yerinə yetirərək bir müddət vuruşdular. Lakin amerika əsgərləri bu 4 əsgərin savaşın bitməsindən xəbərsiz olduqları üçün onları öldürmədilər. Təyyarə ilə yuxarıdan onlara savaşın bitməsi ilə bağlı imzalanmış sənədləri atdılar. Lakin Hiroo və 3 əsgər yoldaşı bunun amerikalı əsgərlərin bir oyunu olduğunu düşünüb ciddiyə almadı. Savaşa davam edən 4 əsgər qarşılarına çıxan əsgərləri güllələyir, kəndliləri yaralayır, düşmənin silah-sursatlarını ələ keçirirdi.

Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

Müharibənin bitdiyini xəbar edən bildiriş kağızı

1949-cu ildə bu 4 əsgərdən biri əsir düşdü. Geriyə qalan 3 əsgər isə onları satdıqlarını düşünürdü. Üç nəfər qalsalar da savaşmağa davam etdilər. 1954-cü ildə Filippin əsgərləri ilə savaş sırasında bir əsgər – baş çavuş Şima düşmən tərəfindən öldürüldü. Geriyə iki əsgər qalmışdı: Hiroo və Kozuka. Onlar bir müddət ağır şərtlərdə meşədə yaşayaraq həm savaşıb, həm yaşamağı bacardı. Şimanın ölümündən 19 il sonra sağ qalmağı bacaran Hiroo və Kozuka kəndlilərin qida anbarını yandırdılar. Bu sırada kəndlilərlə iki yapon əsgəri arasında savaş çıxdı. Məsələyə polis qarışdı və atışma başladı. Bu atışmada da Kozuka öldürüldü. Artıq Hiroo tək qalmışdı.

Kozukanın ölümü Yaponiya hökümətinə çatdırıldı. Hər kəs şoka düşmüşdü. Çünkü onlar Kozukanın rəsmən 13 il əvvəl öldüyünü bilirdilər. Müharibənin üzərindən 27 il keçsə də yaponlar Hiroonunda yaşadığını ehtimal edib araşdırmalara başladı.

Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

Adaya gələn Yaponiya rəsmiləri Hiroo ilə münasibət qurmağa çalışıb müharibənin bitdiyni söyləmək istəyirdi. Lakin Hiroo hələ də bunun amerikalı əsgərlərin bir oyunu olduğunu zənn edib atəş açırdı. 1974-cü ildə bir il yarım meşədə gizləndikdən sonra bir gənc universitet tələbəsi onunla söhbət etməyi bacardı. Gənc tələbə ona vəziyyəti izah etdi. Lakin Hiroo “mən komandirimdən əmr almışam o demədən mən savaşı bitirə bilmərəm” deyirdi. Gənc tələbə Hirooya iki həftə sonra meşədə həmin yerdə yenidən görüşməyi təklif etdi. Ona komandirini gətirəcəyini söz verdi. Suzuki adlı gənc tələbə Hiroonun komandirini taparaq vəziyyəti ona izah etdi.

Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

Meşəyə döndüklərində Hiroo komandirini görən kimi fərəqət vəziyyətini alaraq “Cənab baş çavuş əsgər Onodo əmrlərinizə hazırdır” dedi. Komondiri göz yaşları içərisində savaşın bitdiyini artıq insanlara zərər verməməsini əmr etdi.

O, 1974-cü ildə martın 10-da Filippin ordusuna təslim oldu. Təslim olanda onun cəmi 500 gülləsi qalmışdı. Təslim olduqda 52 yaşında idi və ömrünün 29 ilini meşədə savaşın bitdiyindən xəbərsiz döyüşmüşdü. 30-a yaxın Filippin əsgərini və polisini öldürsə də, ölkə prezidenti tərəfindən bağışlandı. Yaponiyaya geri döndükdə ölkəsində qəhrəman kimi qarşılandı.

Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

Yaşadıqlarından çox təsirlənən Hiroo Braziliyaya köçüb orada yaşadı. 1996-cı ildə isə Lubanqa geri dönərək vaxtıilə zərər verdiyi məktəbə 10 min dollar ianə verdi.

Daha sonra Yaponiyaya geri dönərək qalan ömrünü orada yaşadı. 2014-cü il yanvarın 16-da Tokioda 91 yaşında vəfat etdi.

S.Ələsgər
Medianewes.az

Ölümündən öncə son fotosu

 Müharibənin bitməsindən xəbərsiz 29 il savaşan yapon əsgəri - FOTOLAR

Загрузка...