Kiyevdə baş tutan “Eurovision 2017” mahnı müsabiqəsinin final şousunda səhnəyə çıxan bir oğlan hər kəsi təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, gecədə müsabiqənin ötənilki qalibi Camala səhnəyə çıxıb.
Onun ifası zamanı azarkeşlərdən biri Avstraliya bayrağı ilə oynaya-oynaya səhnəyə qalxıb. Oğlan Camalanın yanına gələrək qəfildən arxasını tamaşaçılara çevirib və şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal oğlanı səhnədən uzaqlaşdırıblar.
Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üzr istəyib.