Bakıda Türkiyə vətəndaşı Yıldız Sürəyya Ziyan qarət olunub. Bu barədə ARB TV məlumat verib.
O, Nərimanov rayon 18-ci polis idarəsinə şikayət edib. Polisə ifadəsində zərərçəkmiş 500 ABŞ dolları, 150 AZN və 2 mobil telefonunun oğurlandığını bildirib. Həyata keçirilən əməliyat axtarışları nəticəsinə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıb. Saxlanılan şəxslər hadisə günü türk vətəndaşının evində olublar. Onlar birlikdə eyib-içdikdən sonra türk vətəndaşının içkisinə yuxu dərmanı ataraq evi soyublar.