Londonda yaşayan Rodriqo Alves dünyada ən çox əməliyyat etdirən şəxslərdən biri kimi tanınır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Canlı Ken” (“Human Ken Doll”) ləqəbi ilə məşhur olan 33 yaşlı Rodriqo 57 böyük, 108 kiçik əməliyyatlarına 398 min sterlinq pul xərcləyib.
Alves indi də Hindistana göz bəbəklərinin rəngini dəyişdirməyə gedir. Ken kimi gözləri mavi olsun deyə 20 ildir linzadan istifadə edən Rodriqo onları birdəfəlik dəyişdirmək istəyir.
Əməliyyat ağır olduğundan, kor qalmaq ehtimalının böyük olduğundan əməliyyatı İngiltərədəki həkimlər boyunlarına götürməyiblər.