Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Eurovision” 2017 müsabiqəsinin ikinci yarımfinal mərhələsi mayın 11-də baş tutub.
Ailem.az-ın məlumatına görə, müsabiqə zamanı maraqlı anlar yaşanıb. Belə ki, layihənin aparıcısı “Green Room”a yaxınlaşaraq Makedoniya təmsilçisi olan Yana Burçeskanı gözəl çıxışı münasibətilə təbrik edib. Daha sonra onun hamilə olduğunu qeyd edən aparıcı uşağın atasının kim olduğunu soruşub. Yana isə yanında əyləşən Aleksandrı göstərib. Aleksandr mikrafonu götürərək sevgilisinə evlilik təklifi edib: “Mən səni çox sevirəm. Mənimlə evlənərsən?” Cibindən üzük çıxararaq sənətçiyə uzadan Aleksandr sevgilisindən “hə” cavabını alıb. Aleksandrın bu addımı böyük alqışlarla qarşılanıb.
Təşkilatçıların sözlərinə görə, bu, “Eurovision” müsabiqəsi tarixində ilk evlilik təklifidir.
Qeyd edək ki, müsabiqədə “Dance Alone” mahnısı ilə çıxış edən 20 yaşlı Yana Burçeska finala çıxa bilməyib.