Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.
Musavat.com xəbər verir ki, açılış mərasimi Olimpiya stadionunda keçirilir. Artıq stadionun bütün oturacaqları dolub. Mərasim 2 saat davam edəcək. Sonda idmançıların paradı və atəşfəşanlıq olacaq. Açılış mərasimində ölkəmizdə qonaq olan turistlər də iştirak edir. Stadionunda start götürən tədbirdə Prezident İlham Əliyev, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, dövlət rəsmiləri, müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, habelə idman ictimaiyyətinin nümayəndələri qatılıb.
QEYD edək ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 54 ölkə qatılıb.