Загрузка...

ABŞ prezidenti Donald Tramp:

ABŞ prezidenti Donald Tramp təkid edib ki, Federal Təhqiqatlar Bürosu (FTB) onun barəsində araşdırma aparmır. O, həmçinin çərşənbə günü işdən azad etdiyi FTB direktoru Ceyms Komini “özünüreklam edən” və “ədabaz” adlandırıb.

Cənab Tramp NBC News-a müsahibəsində onu da deyib ki, cənab Comey-i işdən çıxarmaq yalnız onun qərarı olub.

Cənab Komi Tramp kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələri və Moskvanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları araşdırırdı.

Donald Tramp FTB direktorunu vəzifəsindən azad etdikdən sonra cümə axşamı verdiyi ilk müsahibəsində deyib ki, o cənab Comey-dən istintaq nəzarəti altında olub-olmadığını soruşub.

“Dedim ki, mümkündürsə deyin, “mənim barəmdə araşdırma aparılırmı?” O dedi ki, “Yox, sizin barənizdə araşdırma aparılmır”, cənab Tramp deyib.

Prezident, həmçinin Komini ədliyyə rəsmilərinin tövsiyəsi ilə işdən çıxarması barədə Ağ Evin ilkin izahatından fərqli çıxış edib və deyib ki, FTB direktorunu işdən özü azad edib.

NBC News-a müsahibəsində cənab Tramp, “mənim seçki kampaniyam və ruslar arasında heç bir sözləşmə yoxdur” deyib.
Cənab Tramp bu yaxınlarda Twitter-də Rusiya-Tramp sövdələşməsi barədə ittihamları “ümumi oyun” adlandırıb.

Lakin cümə axşamı o, bu barədə FTB araşdırmasının yekunlaşmasını istəməsini təkzib edib.

Əvvəllər bir çox liberal ötən il prezidentliyə namizəd Hillary Clinton-un e-mailləri barədə FTB araşdırmasının Donald Trampın seçkilərdə qələbə qazanmasına səbəb olduğunu deyərək, bunda cənab Comey-i günahlandırırdılar və onun işdən azad edilməsinə çağırırdılar.

Ağ Ev Rusiya ilə əlaqələr barədə araşdırmanı FTB-nin apardığı “ən kiçik” araşdırmalardan biri adlandırıb.

FTB direktoru vəzifəsini icra edən Endryu Makkeyb isə cümə axşamı bunun “çox əhəmiyyətli istintaq” olduğunu deyib (BBC).