Türkiyə Hava Qüvvələri komandanı: “Azərbaycan qardaşımız və strateji ortağımızdır”

“Biz Azərbaycanlı qardaşlarımızla həmişə birlikdəyik”.

Bu sözləri İstanbulda keçirilən XIII Beynəlxalq Müdafiə Sərgisində APA-ya açıqlamasında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal deyib.

APA-nın “Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda keçirilmiş müştərək təlimə görə işğalçı Ermənistan Türkiyəni günahlandırmağa çalışıb. Bu barədə nə demək istərdiniz?” – sualına A. Ünal belə cavab verib: “O sözü kim deyibsə, lazımi cavabını da alıb. Biz azərbaycanlı qardaşlarımızla həmişə birlikdəyik. İlk növbədə qardaşıq, sonra dostuq və nəhayət, strateji ortağıq. Mən Azərbaycanlı qardaşlarıma uğurlar diləyirəm”.

Qeyd edək ki, İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da təmsil olunur.