Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp cari ilin iyulunda Almaniyada keçiriləcək “G20” sammitində görüşəcək.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov məlumat verib.
“Bir qədər öncə telefon danışığı zamanı prezidentlər iyulun birinci ongünlüyündə Almaniyada keçiriləcək “Böyük iyirmilik” sammitində görüşəcəklərini qərarlaşdırıblar”, – S.Lavrov deyib.