Ağ Ev: Tramp Lavrova Minsk razılaşmalarını xatırladıb

ABŞ prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib ki, rəsmi Moskva Minsk razılaşmalarını yerinə yetirməlidir.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp Suriyada münaqişəyə son qoymaq üçün birlikdə işləməyin vacibliyini vurğulayıb. Bəşər Əsəd rejimi və İranın təhdidlərinin qarşısının alınmasına vacibliyini diqqət çəkib”, məlumatda qeyd olunub.

ABŞ prezidenti Lavrovla görüşdə Ukrayna mövzusunu da toxunub. Qeyd edib ki, ABŞ bu ölkədə münaqişənin həllində maraqlıdır, Rusiya isə Minsk razılaşması çərçivəsində öhdəliyini tam yerinə yetirməlidir.

“Tramp Yaxın Şərqdə və digər regionlarda münaqişələrin həllində Rusiya ilə daha geniş əməkdaşlığın mümkünlüyü barədə danışıb. Prezident həmçinin ABŞ və Rusiya arasında daha yaxşı münasibətlər qurmaq istədiyini vurğulayıb”, Ağ Evin məlumatında bildirilir.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Reks Tillerson və prezident Donald Trampla görüşüb.