Türkiyə mediası hələ də Murad Boz və Aslı Enver ayrılığının pərdə arxasını araşdırır.
Axşam.az-ın məlumatına görə, ilkin versiyada ayrılığın səbəbi kimi Muradın “İşte benim stilim” yarışmasının məşhur bacıları Nihal və Bahar Candanla görüşməsi göstərilir.
Bu barədə susan Bahar Candan yeni paylaşımı ilə hər kəsi təəccübləndirib. O, Muradla özünün yer aldığı xəbərin görüntüsünü paylaşaraq rəqs edib. Bu, Aslının fanatlarının qəzəbinə səbəb olub. Onlar Baharın bu ayrılıqda əsas rol oynadığını iddia edirlər.
Digər versiyaya görə isə, Murad və Aslı artıq aprelin əvvəlindən münasibətlərində gərginlik yaşayıblar və 15 gün əvvəl ayrılıblar. Sadalanan səbəblərdən biri kimi Türkiyədə keçirilən referendum seçkiləri göstərilir. Belə ki, Aslı sevgilisinin siyasi məsələlərə qarışmamasını istəmiş, Murad isə bunun əksində referendumda əhaliyə çağırış səsləndirmişdir.