İlkin hesablamalara əsasən Fransanın V Respublikasının 8-ci prezidenti 65,1% ilə «İrəli» partiyasının lideri Emmanuel Makron olub.
“Report”un Fransa bürosu xəbər verir ki, Emmanuel Makron prezident seçkilərində səslərin 34,9 % toplayan Milli Cəbhənin lideri Marin Le Pen üzərində qələbə qazanıb.
Xatırladaq ki, Fransada builki prezident seçkilərinin I turunda 11 namizəd iştirak edib.