Amerikalı aktrisa Molli Kavalli sualtı çəkiliş zamanı köpək balığının hücumuna məruz qalıb.
Axşam.az-ın “Ria.ru”ya istinadən məlumatına görə, hadisə Florida ştatında baş verib.
Belə ki, suya gülərək düşən 33 yaşlı aktrisanın ayağını yırtıcı heyvan dişləyib.
İnsidentin şahidləri Mollini anında sudan çıxarmağı bacarıblar. Onun ayağına 20 tikiş qoyulub. Hazırda vəziyyəti yaxşıdır.