Alen Delon sənətdən gedir

Dünya şöhrətli fransız aktyor Alen Delon sənətdən gedir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hazırda rejissor Patris Lekontenin filmində iştirak edən aktyor çəkilişlər bitdiksən sonra karyerasını bitirəcəyini bildirib:

“Artıq son filmimdir. Artıq filmə çəkilmək istəmirəm”.

81 yaşlı aktyorun sonuncu tərəf müqabili isə Juliet Binoşdur.

Qeyd edək ki, A.Delon bundan əvvəl 2008-ci ildə “Asteriks Olimpiya oyunlarında” filmində iştirak etmişdi.

Загрузка...