Psixopatların qoxu alma duyğusunun zəif ola biləcəyi təsdiqlənib.
Avstraliyanın Macquarie Universitetinin psixologiya fakültəsindən Mehmet Mahmut bu nəticəyə gəlmək üçün psixopatik reaksiyalar verən, 19-21 yaşında adı cinayətə qarışmamış 79 nəfərin qoxu alma qabiliyyətini araşdırıb.
Portağal, qəhvə və dəri iyi verən 16 çubuğu iyləmiş bu adamların qoxuları düzgün şəkildə qavramadığı üzə çıxıb. “Chemosensory Perception” jurnalında yayımlanan araşdırmanı imzalayan alimlər bildirib ki, beynin iy almağa nəzarət edən bölümü psixopatik reaksiyalar göstərən şəxslərdə daha az təsirlidir. Amma alimlər deyir ki, qoxu alma qabiliyyəti zəif olan hər adamı psixopat adlandırmaq olmaz.
Musavat.com