Загрузка...

Bakıda qadının döydüyü avtobus sürücüsü:

Avtobusu qanunsuz yerdə saxlamadığına görə sərnişin tərəfindən döyülən “61” nömrəli avtobusun sürücüsü Rövşən Süleymanov baş verən hadisəni Metbuat.az-a danışıb.

Həmin müsahibəni təqdim edirik:

“Hadisə 3-cü mikrorayon dairəsinin ətrafında, saat 12:00 radələrində oldu. Dayanacaqdan təzə çıxmışdım, bir qadın dairənin ortasında avtobusu saxlamağımı söylədi. Dedim ki, icazə vermirlər, avtobusun içində kameralar var, polis var, olmaz saxlamaq. Dedi ki, “yox, mən burada düşməliyəm”. Başladı avtobusun arxa qapısını təpikləməyə. Sonra mənim yaxamdan tutub, köynəyimi cırdı. Qadın idi, ona nə deyə bilərdim ki?!

Həmin anda əlimi avtobusun “Ruçnoy”undan tutub dedim ki, Allah, özün mənə səbr ver. Allahdan səbr dilədim. Başqa heç bir şey. 37 yaşım var. İki övlad atasıyam. 17 ildir də avtobus sürücüyəm. Belə bir hadisəni birinci dəfədir yaşamıram.

Qadını şikayət etmədim.

İnsandı, bəlkə əsəbi olub, biz onu necə şikayət edək?! Şükür Allaha ki, qəza olmadı. Hər şey öz qaydasında getdi. Buradan avtobus sürücülərinə demək istərdim ki, səbr etsinlər. Allah özü bütün sürücülərə səbr versin”.

Qeyd edək ki, hadisə bir neçə gün öncə baş verib. Sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edən sərnişinin onu döyüb. Hadisə avtobusun təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.