Загрузка...

Şəbnəm Tovuzlu:

Müğənni Şəbnəm Tovuzlu son günlər ətrafındakı qalmaqallarla bağlı “Ölkə.Az”-a açıqlama verib.

Sənətçi bildirib ki, həyatından razıdır və bundan sonra toylara getməyə də bilər:

“Həyatımdan razıyam. Şəbnəm Tovuzlu adıyla harasa gedib 5-3 manat pul qazanmaq mənə lazım da deyil. Toya getsəm də, getməsəm də, həmin Şəbnəməm. Çox şükür ki, gözəl ailəm var. Hər kəsin birinci ailəsi də dağıla bilər. Mənim keçmiş fotolarımı üzə çıxaranlar, ifşa edənlər bədbəxtdirlər. Həmin şəxslər də bilsinlər ki, Şəbnəm nəslinin, dostlarının arasında, cəmiyyətdə yetərincə hörmətə sahibdir. “Ərim var” deyib evdə yüz hoqqadan çıxan qadınlardan namuslu, qeyrətli, şərəfli və ailəsinə hörmət edən xanımam. Gəlsinlər, bunu sübut edərəm”.

Qeyd edək ki, iki gün öncə sənətçinin keçmiş həyat yoldaşıyla intim fotoları yayılmışdı.