4 may 1929-cu ildə dünyaya göz açan aktrisa Odri Hebpernun həyatı olduqca maraqlı və ağır olub.
Onun atası ingilis, anası isə holland idi. Atası İngiltərənin məşhur və zəngin bank sahiblərindən biri idi.Həyatının böyük hissəsi boşanıb-evlənməklə keçən aktrisanın həyata dirənişi də olduqca maraqlıdır.
Musavat.com Hollivudun məşhur aktrisası olmuş Odri Hebpern haqqında maraqlı faktları təqdim edir.
Onun atası zamanının çox hissəsini ölkə xaricində keçirsə də, evdə olduğu vaxtlarda da anası ilə mübahisə edərdi. Evdəki davalardan uzaqlaşmaq istəyən Odrinin gün keçdikcə içinə qapandığını hiss edən anası, itirdiyi özgüvənini bərpa etməsi üçün onu Londona internat məktəbinə yollayıb.
1935-ci ildə atası ailəni tərk edib. Odri bundan çox sarsılıb. Psixologiyası pozulan Odrinin tək çıxış yolu balet (Bədii gimnastika) idi. Çünkü balet onun sevdiyi idman növlərindən biri, hətta brincisi idi. İllər keçsə də o, atasının onları tərk etməsini qəbul edə bilmirdi.
İkinci Dünya Müharibəsi başlayan zaman anası ilə birlikdə Hollandiyaya köçdülər. Ancaq Almaniya ordusu Hollandiyanı da işğal etdi. Bu müddətdə Odri, “Hollandiya Müqavimət Təşkilatı” üçün işləməyə başladı. İlk aktyorluq qabiliyyətini təşkilat üçün gizli mesajlar daşıyan bir agent olaraq sərgilədi.
Müharibə bitdikdən sonra Londona yenə balet məktəbində dərslərini davam etmək üçün yola düşdü. Rəqs qabiliyyətini müharibə zamanı itirdiyinin fərqinə varan Odri yaxşı bir balerina olmayacağını anladı.
Bu vəziyyət onda məyusluq yaratdı. O, teatrda səhnələrdə rol alaraq aktrisalıq etməyə başladı. Ən böyük səhnəsini Londonda “GİGİ” müsiqili teatrında aldı. Oynadığı rol ilə bütün dünyanın diqqətini üzərinə çəkdi.
Ardından Hollivuddan Odriyə “Roman Holiday” adlı film üçün təklif gəldi. Bir şahzadəni canlandırdığı ”Roman Holiday” filmində ilk dəfə baş rolda oynayırdı və oynadığı bu film sayəsində ilin ən yaxşı aktrisası mükafatını qazandı.
Odri Hollivudun film dünyasına sürətlə və təsirli bir giriş etdi. Qısa bir zamanda Hollivudun ən tanınan aktrisalarından oldu. Eyni zamanda Odrinin ilk eşq həyatı da elə səhnə yoldaşı Villiam Holden ilə başladı.
Hər zaman evlənib, övlad sahibi olmağı arzu edən Odri, Holdenin xəstə olduğunu, uşaq sahibi olmayacağını bilən kimi ondan ayrıldı.
1953-cü ildə bir tədbirdə rejissor Mel Ferrer ilə tanış oldu. Səhhətində yaranan problemlərdən dolayı həkimlər aktirasının bir müddət səhnədən uzaqlaşmasını tələb etdi. Bundan sonra yeni sevgilisi ilə bağ evinə köçən Odri elə orada da onunla evləndi. Nəhayət, arzusu gerçek oldu. 1960-cı ildə ilk evliliyindən övlad sahibi oldu. Lakin bu evlilik çox sürmədi. 1967-ci ildə həyat yoldaşı ilə münasibətləri pozuldu və boşandılar.
1968-ci ildə Odri yenidən aşiq oldu. İtalyan bir psixoloqla münasibətini heç kim yaxşı qarşılamasa da onlar 1969-cu ildə evləndilər. Bu, artıq onun 3-cü sevgilisi və ikinci evliliyi idi. Bir il sonra ikinci həyat yoldaşından da övlad sahibi olan Odri xoşbəxt idi. Lakin bu evlilik də uzun sürmədi. Buna səbəb isə onun həyat yoldaşının onu başqa qadınlarla aldatması idi. Odri 1982-ci ildə onunla da boşandı.
Yaşadığı uğursuz evliliklərdən sonra bir daha evlənməyə tərəddüd edən, həmişə gerçək eşqi axtaran Odri sonunda onu tapmışdı: Robert Wolders!
Robert də eynilə onun kimi çətin həyat yaşamış, müharibə zamanlarında bir neçə ölkə dəyişmişdi. Ona görə də onlar bir-birini anlaya bilirdi. Müharibədə yaşadığı ağır günləri unutmayan Odri Hollivuddan ayrılıb, ikinci bir kariyerini qurmağa başladı. UNİCEF üzvü olan Odri həyatının son beş ilində köməyə ehtiyacı olan insanların həyatını xilas etməklə məşğul oldu.
Odri 20 yanvar 1993-cü ildə bağırsaq xərçəngi xəstəliyindən vəfat etdi. Lakin aradan illər keçməsinə baxmayaraq, dünyanın bir çox qadınları onun yaşadıqlarından ilham alır. Çünkü o, yaşadığı sıxıntılara baxmayaraq, güclü qala bilməyi bacarmışdı.
http://s019.radikal.ru/i625/1705/2b/e6b8980d3549.jpg
http://s019.radikal.ru/i600/1705/b2/99063d7f0a2e.jpg
http://s019.radikal.ru/i615/1705/a2/b739ab4ac453.jpg
http://s019.radikal.ru/i611/1705/5d/be172d16c94a.jpg
http://s009.radikal.ru/i307/1705/22/0ad3be90ca22.jpg