Roma papası: “İnsanlığın gələcəyi təhlükədədir” -

Roma Papası Frensisk ABŞ və Şimali Koreya arasındakı hər gün artmaqda olan gərginliyə “durun” çağırışı edir. O, bunun üçün beynəlxalq vasitəçiliyin vacib olduğunu vurğulayıb. Papa vasitəçi rolunda “hər zaman köməyə hazır” Norveçin olmasının istəyib.

Musavat.com xəbər verir ki, Papa bunu Misirdəki səfərindən qayıdarkən dönüş zamanı reportyorlara deyib. Papaya görə vəziyyət hal-hazırda çox gərgindir. Papa növbəti ay Trampla Avropada görüşmək istədiyini də deyib, lakin xəbərdar deyil ki, Vaşinqton özü belə bir tələbi aprel ayında istəmişdi.

ABŞ-la əlaqədar danışarkən o deyib ki, Amerika vəziyyəti “həddindən artıq sulandırıb” və yaxşı olar ki, ABŞ məsələni diplomatik yolla həll etsin.

O, hal-hazırki vəziyyətin müharibəyə gedəcəyindən narahatdır və bildirib ki, bundan “insanlığın yaxşı hissəsi” dağılacaq. “Dünya buna hazır deyil”- Frensisk bildirib.

Papanın dünya ictimaiyyətinə mesajı Şimali Koreyanın növbəti ballistik raketi sınaqdan keçirməsindən bir neçə saat sonra göndərilib. Cənubi Koreyanın bildirdiynə görə ballistik raket cənubi Pxenyan əyalətindən buraxılıb.

Roma papası: “İnsanlığın gələcəyi təhlükədədir” -

ABŞ prezidenti Tramp Şimali Koreyanın Çinə və onun rəhbərinə “hörmətsizlik” etdiyini bildirib. Tramp Çinin prezidentin Xi Cinpinqi qəbul etmişdi və Şimali Koreya məsələsində “səylə çalışmağa” dəvət etmişdi. Şimali Koreyanın sonuncu ballistik raket sınağı BMT-nin Şimali Koreyanın nüvə proqramını müzakirəsindən bir neçə saat sonra baş tutub.

Roma papasının Norveçi misal göstərməsi təsadüfi deyil. Norveç 1990-cı illərdə “Oslo razılaşmaları” adlı İsrail və Fələstin arasında əldə edilən razılaşmaya görə gizli danışıqlar aparan ölkədir.

Tramp 26-27 May arasında Siciliyada dünyanın zəngin ölkələrinin liderləri ilə bir ayara gələcək. Ağ Evdən Trampın Romaya Papa ilə görüşəcəyi barədə rəsmi məlumat verilməyib. Papa Vaşinqtonun görüş tələbinin olduğundan ona məlumat verilmədiyini deyib və əlavə edib ki, o, dinləmək üçün istənilən dövlət başçısını qəbul edir.