Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib.
Azvision.az bildirir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər də iştirak ediblər.
* * *
“Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir”.
Trend bildirir ki, bunu marafonda iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev bu tədbirin Heydər Əlivev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ikinci dəfədir təşkil olunduğunu vurğulayıb: “Bu tədbir xalqımız üçün çox vacib tədbirdir. Bakı Marafonu insanları, o cümlədən gəncləri sağlam həyat tərzi keçirməyə çağırır”.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilib.
Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icraçısı “Sport Marketing Group” (SMG) şirkətidir.
Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.