Müğənni Rita Ora növbəti dəfə geyimi ilə təəccübləndirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Nyu-Yorkda bir bar çıxışında görüntülənən 25 yaşlı ifaçı küçədə paparassilərin hədəfinə düşüb.
Ritanın qara transparan bodisi və altdan büsqalter geyinməməsi diqqət çəkib. Sinəsi görünən müğənni bundan qətiyyən narahat olmayıb.